Oktyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin müəllim-professor və tələbə heyəti tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” plakat sərgisinin açılış mərasimi keçirilib.

Universitetdən bildirilib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və müzəffər Ordumuzun qələbələrindən ilhamlanaraq yaradılıb. Təqdim olunan plakatlar qısa müddətdə - on gün ərzində ərsəyə gətirilib. Müəlliflərin çevik və peşəkar reaksiyası nəticəsində Ordumuza dəstək şüarları təsviri müstəvidə canlandırılıb. Sərginin ilk versiyası onlayn formatda təqdim olunub.