Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı. Gənclik seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Layihə üzrə şairə Səidə Sübhinin “Ozanın monoloqu” kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Kitab Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.