Rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanın təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhə boyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələr hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, ayrı-ayrı vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar Ordumuza hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Teatr Xadimləri İttifaqı da Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat vəsait köçürüb.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!