Məşhur amerikalı müğənni və bəstəkar Brüs Sprinqstin yeni “Letter to you” (“Sənə məktub”) albomu ilə oktyabrın 23-də dinləyicilərin görüşünə gələcək.

İfaçının “The E Street Band” qrupu ilə yazdığı albom CD və val formatında buraxılacaq.

“Letter to you” Brüs Sprinqstinin karyerasında sayca 20-ci albomudur. Diskdə yer alan 12 mahnıdan 9-u yenidir.

Rok janrında olan albom “The E Street Band” ilə birlikdə ifaçının evindəki studiyada yazılıb.

Brüs Sprinqstin ötən əsrin 70-ci illərində əsasən siyasətdən, fəhlə sinfindən, müharibə əleyhinə görüşlərdən bəhs edən mahnıları ilə məşhurlaşıb. Dəfələrlə “Qremmi” mükafatına layiq görülən, filmlər üçün yazdığı mahnılara görə bir dəfə “Oskar” laureatı da olan müğənni və bəstəkar albomlarının ümumi tirajı 100 milyonu keçmiş dünya məşhurları siyahısındadır.

SƏBİNƏ