Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin (1920-1980) anadan olmasının 100 illiyi tamam olur. Həsən Seyidbəyli çoxşaxəli səmərəli yaradıcılıq yolu ilə sənət tariximizdə xüsusi yer tutub. Onun bədii əsərləri, filmləri tariximizin əsl bədii salnaməsidir.

Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Həsən Seyidbəyli – 100” adlı virtual sərgi hazırlanıb. Sərgidə görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, fotolar, mükafatlar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Hesen_Seyidbeyli_100/index.htm linkindən istifadə edə bilərlər.