Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarxlar hazırlanır.

Kitabxananın İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanmış növbəti videoçarx II Dünya müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun 110 illiyinə həsr olunub.

Virtual izləyicilər üçün hazırlanan videoçarxda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” sərəncamı təqdim olunur, Həzi Aslanov haqqında ümumi məlumat verilir, bununla yanaşı hərbi xadimin ordenləri, medalları, təltifləri  və həyatı ilə bağlı fotolar nümayiş edilir.

Videoçarxda həmçinin Xalq şairi Səməd Vurğunun generala həsr etdiyi “Qəhrəmanın ölümü” adlı şeiri kitabxananın əməkdaşı tərəfindən səsləndirilib.

Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür.

https://www.youtube.com/watch?v=Z52cJ-2KN5I