Oktyabrın 25-də dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin(1942–2008) vəfatının 12-ci ildönümü tamam oldu.

Böyük sənətkarın xatirə günündə Rusiyanın “Melodiya” səsyazma şirkəti Müslüm Maqomayevin mahnılarından ibarət vinil qrammofon valı buraxıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, musiqi valında ifaçının 1960-1980-ci illərdəki mahnıları yer alıb. Onun ifasında Polad Bülbüloğlu, Mark Fradkin, Arkadiy Ostrovski və digər sovet bəstəkarlarının mahnıları, eyni zamanda, ifaçının özü bəstələdiyi “Mavi əbədiyyət” kompozisiyası səslənir.

Qeyd olunub ki, mahnıların çoxu – “Mənim Bakım”, "Bənövşələr", "Dünyanın ən yaxşı şəhəri", "Xəyallar, xəyallar" və digərləri məhz Müslüm Maqomayev üçün bəstələnib.

Qeyd edək ki, mahnıların rəqəmsal versiyasına “Spotify”, “Яндекс. Музыка”, “YouTube”, “Apple Music” platformalarında dinləmək olar.