Mayın 5-dən 8-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ATN Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək. Azərbaycan həmişə olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sərgidə təmsil olunacaq. Nazirliyin Turizm Şöbəsindən aldığımız məlumata görə, budəfəki sərgidə idarədən şöbənin müdiri Aydın İsmiyev, daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov və marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Reyhan Əliyeva, həmçinin Dövlət Mahnı və Rəqs Ansamblının 2 nəfər üzvü iştirak edəcək.
   Qeyd edək ki, ATN-Dubay turizm sərgisi ənənəvi olaraq hər il keçirilir. Azərbaycan bu sərgidə artıq 5-ci dəfədir təmsil olunur.