Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına gənc yazıçı Pərvanə Qarayevanın təqdim etdiyi “İnsanlığın hekayəsi” adlı əsəri Rusiyanın proza.ru saytında dərc edilib.

İdarədən bildirilib ki, müharibə mövzusunda qələmə alınan hekayə Azərbaycanda fəaliyyət göstərən bir sıra saytlarda və ədəbiyyat jurnallarında da dərc edilib.

Müəllif bildirib ki, müharibə bəşəriyyətin ümumi bəlası olduğundan hekayədə konkret zaman və məkan göstərilməyib. Hekayənin əsas ideyası insanların bir-birlərinə olan insanlıq borcunun ən çətin anlarda qalib gəlməsidir.