Mayın 6-da Azərbaycan Turizm İnstitutunda Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Bakı İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda sərgi - elmi konfrans keçiriləcək. Sərgi-konfrans “Bakı İslam mədəniyyətinin paytaxtıdır” tədbirləri çərçivəsində institutun ictimai fənlər kafedrasının təşkilatçılığı ilə təşkil edilib. Konfransda ölkənin nüfuzlu mütəxəssislərinin İslam mədəniyyəti, Azərbaycanın dini abidələri barəsində çıxışları və onların geniş müzakirəsi nəzərdə tutulub.
   Müxtəlif dövlət təşkilatlarının, yaradıcılıq birliklərinin, ali təhsil müəssisələrinin, səfirliklərin nümayəndələrinin və mütəxəssislərin iştirak edəcəyi sərgidə xəttat Vüqar Allahverdiyevin əl işləri nümayiş etdiriləcək.
   KİV nümayəndələri tədbirə dəvətlidir.