Azərbaycanın da təmsil olunduğu növbəti beynəlxalq turizm sərgisi Bəhreyndə baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsindən aldığımız məlumata görə, 60 kvadratmetrlik sahənin icarəyə götürüldüyü sərgidə ölkəmizi xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, həmin sektorun aparıcı məsləhətçisi Kəmalə Həsənova, marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Cəlil Məlikov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 solisti və «SW-travl» turizm şirkətinin nümayəndələri təmsil edəcək.
   Qeyd edək ki, 5-ci BİTE-2009 beynəlxalq turizm sərgisində Azərbaycan artıq 2-ci dəfədir ki, iştirak edir.