Bu il Şəmkirdə tikilən su anbarının köməyi ilə rayonun içməli su təminatının yaxşılaşdırılması və 40 min hektardan çox ərazinin suvarılması nəzərdə tutulur. Bundan başqa, ərazidə 40 meqavat aktiv gücə malik və 6 aqreqatdan ibarət elektrik stansiyasının istifadəyə verilməsi də planlaşdırılır. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sabir Quliyevin mətbuata verdiyi məlumata görə, Şəmkir çayının qarşısının kəsilməsi ilə yaradılan anbarın köməyi ilə balıqçılıq və turizm sahəsi inkişaf etdiriləcək. Bu isə rayonun sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcək.
   
   FƏXRİYYƏ