Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi vətənpərvərlik mövzusunda yaradıcılıq işlərini davam etdirir.

Universitet “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə yeni layihəyə imza atıb. Klipdə universitetin Musiqili teatr aktyoru kafedrasının müəllimi, Əməkdar artist Nicat Kazımov tanınmış şair, yazıçı-dramaturq İlqar Fəhminin vətənpərvərlik mövzusunda “Balaca kişilər” poemasından parçalar ifa edib. Klipdə ADMİU-nun tələbələri çəkilib.

Bundan öncə Teatr sənəti fakültəsində Səhnə danışığı kafedrasının 3-cü kurs tələbələri “Əsgər” şeiri əsasında videoçarx hazırlamışdılar. Həmin fakültənin musiqili teatr aktyoru kafedrasının tələbələri isə hazırladıqları videoçarxda Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini ifa ediblər. Videoçarxlar universitetin saytında yerləşdirilib.