Litvanın tanınmış bəstəkarı, ictimai xadim Faustas Latenas vəfat edib. 65 yaşlı sənətkar bir çox film və teatr tamaşalarına musiqilər yazıb.

Bəstəkar musiqi yaradıcılığı ilə yanaşı Latviyada müxtəlif vaxtlarda mədəniyyət nazirinin müavini işləyib, mədəniyyət məsələləri üzrə dövlət müşaviri və Baş nazirin məsləhətçisi olub. Bundan əlavə, o, Litvanın Rusiya Federasiyasındakı səfirliyində mədəniyyət attaşesi kimi də fəaliyyət göstərib.