Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Musa Yaqubun şeirlərinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, portalda şairin türk dilinə çevrilmiş “Günəbaxan tarlasının son nəğməsi”, “Nə olacaq, olacaq”, “Ümidin sarı qanadı” kimi şeirləri yer alıb. Şeirlər Musa Yaqubun yaradıcılığı haqqında məlumatla birlikdə verilib.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Portalda klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir ədəbiyyat nümunələrinin də  mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulur.