Pakistan fərqli tarixlərdə oğurlanan və aralarında Guatama Buddanın da şəkillərinin yer aldığı 250 min dollar dəyərində 45 antik sənət əsərini ABŞ-dan geri alıb.

Pakistan mətbuatında deyilir ki, ABŞ təhlükəsizlik qüvvələrinin 2015-ci ildə gerçəkləşdirdiyi əməliyyat nəticəsində tarixi əsər qaçaqmalçısı kimi tanınan Nayef Homsidən ələ keçirdiyi 100-ə yaxın əsər götürülüb. Pakistanın Nyu-Yorkdakı baş konsulluğunun səyləri nəticəsində ölkədən qaçırılan əsərlərin geri qaytarılmasına nail olunub. Bu əsərlərdən bəzilərinin miladdan əvvəl II yüzilliyə aid olduğu bildirilir.

LALƏ