Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Elmi Şurasının qərarı ilə “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” adlı kitab nəşr olunub.

Monoqrafiya Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri Xalq artisti, professor, bəstəkar Sevda İbrahimovanın və Əməkdar incəsənət xadimi, bəstəkar-musiqişünas, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin vokaliz janrında qələmə aldıqları əsərlərin səciyyəvi yazı dəst-xəttinin və musiqi dilinin melodik xüsusiyyətlərinin elmi tədqiqinə həsr edilib.

Kitabın müəllifi BMA-nın ”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevadır.

Monoqrafiya Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilib.