Dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, yazıçı, kinodramaturq və rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.

Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə parlaq səhifələr yazıb.

Azərbaycan Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Həsən Seyidbəyli – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası “Rəsmi sənəd”; “Nasir, ssenarist və kinorejissor”; “Görkəmli şəxslər Həsən Seyidbəyli haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Fotoqalereya və videoqalereya” bölmələrindən ibarətdir.

Elektron topluda görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, çəkdiyi filmlər, fotolar, videolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Məlumat bazasındakı resurslar tam mətnləri ilə verilir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Seyidbeyli/index.html linkindən istifadə edə bilərlər.