Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin açıq havada rəsm müsabiqəsi təşkil edilib.

Naxçıvan şəhərindəki Bayraq meydanında təşkil edilən müsabiqənin əsas məqsədi çəkilən rəsmlərdə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hisslərinin ifadəsi olub.

Fakültə müəllimlərinin rəhbərlik etdiyi müsabiqədə 26 tələbə-rəssam öz qabiliyyətini sınayıb. Sonda tələbələr “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər.

Rəsm əsərlərinin sərgisi də təşkil ediləcək və müsabiqənin qalibləri mükafatlandırılacaq.