“Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

LALƏ