Rejissor Mehmet Ada Öztekinin “7-ci koğuşdakı möcüzə” bədii filmi 2021-ci ilin Amerika Kino Akademiyasının “Oskar” mükafatı uğrunda yarışmada Türkiyəni təmsil edəcək. Ekran işi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə yarışacaq.

Bu barədə məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb. Məlumatda bildirilir ki, “7-ci koğuşdakı möcüzə” Türkiyənin “Oskar” namizədi kimi 23 ekran əsəri arasından seçilib.

Qeyd edək ki, baş rolu Aras Bulut İynemlinin ifa etdiyi “7-ci koğuşdakı möcüzə” filmi 5 milyon 300 mindən çox tamaşaçı ilə türk kinosunda ən çox baxılan 8-ci film olaraq tarixə düşüb.