Həvəskar və peşəkar rəssamlar “Fərqlərimizi qəbul etmək” adlı beynəlxalq sərgi-müsabiqədə iştirak etməyə dəvət olunurlar. Müsabiqə “müxtəliflik və inklüzivlik yolu ilə həyatı zənginləşdirmək” mövzusuna həsr olunub.

“Fərqlərimizi qəbul etmək” sərgisi rəssamları müxtəlifliyin və fərdiliyin qəbul edildiyi bir cəmiyyətin parçası olmağa dəvət edir.

Əsərlər istənilən ölçüdə ola bilər. Bununla belə, rəsmlər yüksək ayırdetmə keyfiyyətinə malik olsun deyə rəqəmsal fayl şəklində göndərilməlidir. Bütün işlər üfüqi formatda olmalıdır. Təqdim edilən işlərin sayında heç bir məhdudiyyət yoxdur.

Seçim turu “Sərginin ən yaxşı rəssamı – yuxarı yaş qrupu”, “Sərginin ən yaxşı tələbə rəssamı” və “Tamaşaçı seçimi” kateqoriyaları üzrə aparılacaq və hər qalibə 1000 ABŞ dolları qazandıracaq.

Sərgiyə nümayiş üçün 50 iş seçiləcək. Sərgi ABŞ-ın Sarasota şəhərindəki (Florida ştatı) Bayfront parkında keçiriləcək.

Ətraflı məlumat aşağıdakı linkdə əldə etmək olar:

www.embracingourdifferences.org/submit-art-2022-exhibit/#/