1994-cü il təvəllüdlü gizir Tahir Qəribəli oğlu Əlizadə Vətən müharibəsində iki dəfə yaralanmışdı. Hadrut  döyüşündə yaralandıqdan sonra müalicə alıb yenidən cəbhəyə qayıtmışdı.

Noyabrın əvvəllərində Şuşa uğrunda gedən döyüşlərdə yenidən ağır yaralanır. Bir aya yaxın müalicəsi ilə bağlı göstərilən bütün səylərə baxmayaraq həyatını  xilas etmək mümkün olmur.

Əvvəl qazi, sonra şəhid olan Tahir Əlizadə anadan olduğu Biləsuvar rayonunda, şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, sakinləri və şəhidin yaxınları iştirak edib.

Allah rəhmət eləsin.