Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin yaxından iştirakı ilə türk dünyasının iki tanınmış siması – Qazaxıstanın böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 175 illik və Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub.

Fonddan bildirilib ki, Abay Kunanbayev və Üzeyir Hacıbəylinin portretləri, əsərləri haqında məlumat, eləcə də türk dünyasının mədəni dəyərlərini, milli musiqi alətlərini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Markaların çapı türk dünyasının dahi sənətkarlarını daha geniş beynəlxalq auditoriyalarla tanış etmək məqsədi daşıyır.