Türkiyə və Azərbaycan Gənclər fondlarının ortaq layihəsi çərçivəsində Vətən müharibəsində qalibiyyətə həsr olunan “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub.

Müsabiqədə 14-17 yaşlı gənclər iştirak edə bilər. I, II və III yerləri qazanan gənclərimiz Türkiyəyə üçgünlük səfər edəcəklər. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işləri olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin istifadəsinə yol verilməməlidir.

Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən təqdim oluna bilməz.

Müsabiqədə iştirak etmək üçün https://youthfoundation.az/110017/ linkindən istifadə edərək ərizə forması doldurulmalıdır.