Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbinin məzunu Aysu Mustafazadə İspaniyada keçirilən “Talents of Europe” (“Avropa istedadları”) adlı beynəlxalq onlayn müsabiqədə 13-15 yaşlı pianoçular arasında birinci dərəcəli diploma və laureat adına layiq görülüb.

Beynəlxalq müsabiqənin şərtlərinə görə, iştirakçılar yalnız bir rakursdan, fasiləsiz çəkilmiş 8 dəqiqəlik ifanı videoformatda yazaraq “YouTube” və digər sosial şəbəkələrə yükləyib və təşkilat komitəsinə elektron ərizə ilə müraciət edərək qeydiyyatdan keçiblər.

100 mümkün baldan 93 bal toplayan Aysunun müəllimi Aybəniz Dadaşova müsabiqənin xüsusi sertifikatına layiq görülüb.

Qeyd edək ki, Aysu Mustafazadə iştirak etdiyi dörd beynəlxalq müsabiqənin üçündə laureat adına, birində xüsusi sertifikata layiq görülüb. O, respublika müsabiqəsinin diplomantıdır.