Azərbaycan Fransa ilə turizm sahəsində əməkdaşlıq edəcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, Fransanın yeni turizm nazirinin Azərbaycana səfəri gözlənilir. Oktyabrın 4-də Fransanın yeni turizm naziri seçiləcək. Seçildikdən dərhal sonra yeni turizm naziri Azərbaycana səfər edəcək. Səfərin məqsədi isə Azərbaycan turizmi ilə yaxından tanış olmaq və iki ölkə arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparmaqdır.