Sentyabrdan "Azərbaycan 2009 - turizm dünyası" II Respublika foto müsabiqəsinə start verilib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən müsabiqənin məqsədi ölkəmizin tarixi irsini, mədəniyyətini tanıtmaqdır.
   Foto müsabiqədə turizmdə əldə olunmuş nailiyyətlərə, dünya standartlarına cavab verən mehmanxana və mədəni-əyləncəli məkanlara, o cümlədən ekstremal turizm növü ilə məşğul olma şəraiti yaradan mərkəzlərə həsr olunan əsərlərə üstünlük veriləcək.