İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə AZƏRTAC-ın xəbəri yayılıb.

Xəbərdə qeyd olunub ki, Azərbaycanda səfərdə olan İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinə gedib. Nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış tarixi-mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.