Mədəniyyət Nazirliyi Bakı şəhərində Zəfər muzeyinin və Vətən müharibəsi memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

“Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib” – deyə nazirliyin mətbuat üçün açıqlamasında bildirilir.