18-19 yanvar tarixlərində Azərbaycan İstiqlal Muzeyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “İstiqlala gedən yol” adlı onlayn açıq dərs təşkil edilib.

Onlayn açıq dərsdə Bakı şəhəri Nəsimi rayonu A.Novruzbəyli adına 46 saylı orta məktəbin, Xırdalan şəhər 10 saylı tam orta məktəbin, Şabran şəhər S.Zülfüqarov adına 3 saylı və R.Yusifov adına 2 saylı tam orta məktəblərin, Xəzər rayon 26 saylı tam orta məktəbin və Tovuz rayonu N.Tusi adına texniki təmayüllü məktəb-liseyin müəllim və şagirdləri iştirak ediblər. 

Əvvəlcə muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli çıxış edərək 20 Yanvarın Azərbaycanın suverenliyi uğrunda mübarizə tarixində və xalqımızın qan yaddaşında yerindən söz açıb.

Sonra muzeyin elmi işçisi Aynurə Tağıyevanın “20 Yanvar qəhrəmanlıq tariximiz” adlı mühazirəsi dinlənilib.

Onlayn açıq dərs zamanı məktəblilər 20 Yanvara həsr edilmiş bədii kompozisiyalar nümayiş etdiriblər.  Sonda məktəblilər üçün muzeyin 20 Yanvara həsr olunmuş daimi guşəsinən virtual ekskursiya təşkil olunub.