Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsi Gürcüstan Ədəbi Tərcümə Assosiasiyasının (“Literary Translators Association of Georgia”) elektron kitabxanasına yerləşdirilib.

Tərcümə Mərkəzindən bildirilib ki, hekayə eyni zamanda assosiasiyanın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

Əsəri gürcü dilinə tanınmış yazıçı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.