Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Pol Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı “Boş məkan” kitabını nəşr edib.

Kitabda “Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr” və s. başlıqlar altında teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahı dərin təhlil və araşdırmalarla verilib.

Kitabın tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır.

Piter Stiven Pol Bruk “Karamazov qardaşları”, “Dəfn olunmamış ölülər”, “Qış nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. “Avropa teatr mükafatı”, “Kioto” və “Beynəlxalq İbsen mükafatı” ilə də təltif edilib. Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.