Mədəniyyət Nazirliyinin "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində növbəti videotəqdimat Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsi haqqındadır.

1912-ci ildə Bakıda neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu – polyak katolik kilsəsi (memarı İosif Ploşko) inşa edilmişdi.

Azərbaycanın sovetləşməsindən sonra, digər dini məbədlər kimi, katolik kilsəsi də uçurulmuşdu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra həyata keçirilən multikultutalizm və tolerantlıq siyasəti zəminində bütün səmavi dinlərə diqqət göstərir, dini məbədlər təmir-bərpa edilir, yeniləri inşa olunur.

Müqəddəs Məryəm Ana katolik kilsəsinin tikintisi 2007-ci ildə yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin iştirakı ilə kilsənin rəsmi açılış mərasimi keçirilib.