Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib.

Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə rəsm və əl işləri nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir.

Rəsm nominasiyası üzrə işlər fevralın 18-dək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar  (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Əl işləri nominasiyası üzrə işlər fevralın 18-dək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək.