Bu gün «Qafqaz Point» hotelində Almaniyanın İNWENT təşkilatı və Almaniya Federal Nazirliyinin iqtisadi əməkdaşlığı çərçivəsində “Qafqazda elektron təhsilin institusional quruculuq və insan resurslarının inkişafı” layihəsində başa çatdırılmış proqramların təqdimat mərasimi keçiriləcək.
   Azərbaycanın potensial imkanlarını nəzərə alan İNWENT təşkilatı bu layihənin daha bir il ölkəmizdə işlənməsini məqsədəuyğun sayıb.
   Azərbaycan Turizm İnstitutunun təşəbbüs və təşkilatçılığı, Qafqaz və Xəzər universitetlərinin yaxından iştirakı ilə keçiriləcək tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Peer Stançına, Almaniya səfirliyinin digər nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən alman şirkətlərinin, beynəlxalq təşkilatların, eləcə də Azərbaycan Təhsil Nazirliyinin müvafiq strukturlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.

   Fəxriyyə ABDULLAYEVA