«JW Marriot» şirkəti Bakıda “Abşeron” mehmanxanasının inşasına başlayıb. Layihəsi “ReardonSmith Arcitects” arxitektorlar qrupu tərəfindən hazırlanmış iyirmimərtəbəli hotelin açılışı 2011-ci ilə nəzərdə tutulur.
   Binanın dörd mərtəbəsində 228 adi və lüks nömrələr, qalan 16 mərtəbəsində isə apartamentlər, ofislər və ticarət obyektləri, habelə geniş iclas zalı, bar və restoranlar, 1200 kvadratmetrlik rəqs salonu yerləşəcək.
   Qeyd edək ki, «ReardonSmith Arcitects» şirkəti paytaxtda Fous Seasons mehmanxanasının layihəsi üzərində də işləyir.
   
   Fəxriyyə ABDULLAYEVA