Mədəniyyət Nazirliyinin “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində videotəqdimatlar davam edir. Növbəti videoçarx Müqəddəs Georgi gürcü pravoslav kilsəsi haqqındadır.

Qax rayonunun gürcülər yaşayan Qaxingiloy kəndi ərazisində yerləşən kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. Kilsə Qax və Kürmük yeparxiyasının baş kafedralı sayılır.

Kilsənin binası Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri zamanı kilsəni ziyarət edib.