Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi  Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 210, Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə rayon-şəhər Mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filiallarının, metodistlərin istifadəsi üçün yeni növbəti metodik vəsaiti oxucuların ixtiyarına verdi.

Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Burada Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumat verilir.

Vəsaitin “Ələsgərəm, hər elmidən halıyam...” adlı II hissəsində saz-söz sənətimizin böyük ustadı Dədə Ələsgərin həyat və yaradıcılığından bəhs olunur.

Metodik vəsaitdə mövzu üzrə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyələr verilir.

Vəsaitin elektron variantından aşağıdakı link  vasitəsilə yararlanmaq olar:

http://clb.az/elmi-metodika_k74.html