Rejissor Tahir Əliyevin “Qırmızı” qısametrajlı bədii filmi Rusiyanın Kazan şəhərində keçirilən ZİLANT Beynəlxalq Film Festivalının final mərhələsinə seçilib. Festivalın finalı  20-21 fevral tarixlərində gerçəkləşəcək.

ZİLANT kinofestivalı 2017-ci ildən etibarən ildə iki dəfə təşkil olunur. Həm həvəskar, həm də peşəkarlar üçün seçim və iştirak imkanı yaradılan festivalda yaş, janr və nominasiya məhdudiyyəti yoxdur. Festival tələbə filmləri və videobloqlardan peşəkar kinematoqrafçıların qısa və tammetrajlı filmlərinədək nominasiyaları əhatə edir.

“Qırmızı” filmi valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qız haqqındadır. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında təzə qırmızı ayaqqabıda gəzməkdir.

Lalə AZƏRİ