Fevralın 9-10-da Minskdə, MDB İcraiyyə Komitəsində Birlik məkanında mədəniyyət və turizm sahəsində təhsilin inkişafı Konsepsiyasının layihəsini tamamlamaq üçün ekspert qrupunun iclası keçirilir.
   MDB məkanında mədəniyyət və turizm sahəsində təhsilin inkişafı Konsepsiyası Birlik dövlətlərinin bu sahədəki inkişafının aparıcı istiqamətləri və meyillərindən ibarətdir. Konsepsiyanın qəbul edilməsinə Birlik məkanındakı bütün dövlətlərin üzləşdikləri ümumi problemlər səbəb olub. Müasir dövrün qlobal təhdidləri ilə bağlı olan həmin problemlər bir çox xalqlar və dövlətlər, o cümlədən postsovet ölkələri üçün ümumidir.
   Konsepsiya layihəsinin bölmələrində mədəniyyət və incəsənətin problemləri, bu sahədə təhsilin modernləşdirilməsini stimullaşdıran təhdidlər ifadə olunub, bədii təhsilin məqsəd və vəzifələri, məzmunu və əsas prinsipləri, onun təkmilləşdirilməsinin və strukturunun strateji istiqamətləri müəyyən edilib.
   
   FƏXRİYYƏ