F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qonağım ol” adlı layihə həyata keçirir. Layihənin məqsədi uşaqların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaq, onların hərtərəfli inkişafında kitab və kitabxanaların rolunu əhəmiyyətini bir daha vurğulamaqdır.

Layihənin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru Reyhan Yusifqızı olub.

Yazıçı ilə onlayn görüş kitabxananın “İnstaqram” sosial şəbəkə səhifəsi vasitəsilə keçirilib. Oxucular canlı yayıma qatılaraq yazıçı ilə maraqlı diskussiyada iştirak ediblər.

Reyhan Yusifqızı həmsöhbətlərinin suallarını cavablandırıb, ən sevilən kitabları haqqında məlumat verib.