Respublika Gənclər Kitabxanasının şeir müsabiqəsi

Erməni silahlı qüvvələrinin 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyi soyqırımından iyirmi doqquz il ötür. Bu illər ərzində qəlbləri ağrıdan, taleləri yarımçıq qoyan bu faciəyə neçə-neçə bədii əsər həsr edilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası soyqırımının 29-cu ildönümü münasibətilə “Xocalı faciəsi ədəbiyyatda” adlı şeir müsabiqəsi elan edib.  Müsabiqə 16-35 yaşlı gənclər arasında keçirilir. İştirak etmək istəyənlər 27 fevral tarixinədək Xocalı faciəsi mövzusunda yazılmış şeirlərdən birinin səsləndirilmiş (öz ifasında) videoyazısını kitabxananın e-mail ünvanına (ryl.az@mail.ru) və ya sosial şəbəkə səhifələrinə təqdim etməlidir.

Təqdim olunan qiraət videoları kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu (“bəyənmə” sayı) əsasında müəyyən ediləcək. Ən çox səs toplayan iki nəfər diplom və kitabla mükafatlandırılacaq.

“Xocalı faciəsi ədəbiyyatda” adlı şeir müsabiqəsinə göndərilən materiallar ilə kitabxananın sosial şəbəkə səhifələri vasitəsilə tanış olmaq olar:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279