Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyinin kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Natiq Verdiyevin ailəsinə baş çəkib. Daha sonra şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunub.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin əməkdaşları Vətən müharibəsinin qazisi, Quba şəhər sakini Rəşad Rəhimovu ziyarət ediblər.

Quba rayon MKS-nin Paşaoba kənd kitabxanasının bir qrup əməkdaşı Xocavənd, Hadrut, Füzuli, Cəbrayılın erməni işğalçılarından təmizlənməsində igidliklə döyüşərək yaralanan Elvin Cəbrayılovla görüşüblər.

***

Xaçmaz rayonunun Mirzəmmədkənd kəndində “Şəhidlər bulağı” istifadəyə verilib. Kompleksdə Birinci Qarabağ müharibəsi şəhidi Osman Nurəddinov və Vətən müharibəsində Ağdərə istiqamətində şəhid olan Sərxan Mirzəmmədovun xatirəsi əbədiləşdirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin filialları Vətən müharibəsi qaziləri Vasif Məmmədov, Mərhəmət Novruzov, Abış İsmayılov və şəhid Fərid Nağıyevin ailəsi ilə görüşüblər.

Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi və 1 saylı şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə şəhid Ruslan Baladovun ailəsinə baş çəkilib.

Hacıqabul rayon MKS-nin Rəncbər kənd kitabxana filialının təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı Etibar Ağayevlə görüş keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Köçəsgər kənd mədəniyyət müəssisələrinin əməkdaşları Birinci Qarabağ müharibəsi iştirakçısı, ayağından  ağır qəlpə yarası alan və yenidən əməliyyat olunan Akif  Novruzovu evində ziyarət ediblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Əsgər Hüseynovun məzarını və onun ailə üzvlərini ziyarət ediblər.

Qax rayon Qum kənd Sənətkarlıq evi və kənd kitabxanasının əməkdaşları “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş, qazi Qazıxan Hacıxanovla görüşüb, səhhəti və problemləri ilə maraqlanıblar.

Zaqatala rayon Əliabad qəsəbə Mədəniyyət evində Vətən müharibəsinin qazilərinin iştirakı ilə “Vətən hər birimizindir” adlı tədbir keçirilib.

Oğuz rayonu Xaçmaz kənd kitabxanası və Mədəniyyət evinin əməkdaşları kənddəki Şəhidlər xiyabanını ziyarət ediblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi qazisi Sahib Şəkərəliyevə baş çəkib.

Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində salınan yeni körpüyə Vətən müharibəsinin şəhidi Xəyal Məmmədovun adı verilib. Körpü şəhidin ad günündə istifadəyə verilib.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində Vətən müharibəsi şəhidi Rauf Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid İbrahim Məmmədovun məzarını ziyarət ediblər.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi qaziləri Xaləddin Nuruyev və Rüfət Hacızadə ilə görüşüblər.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Ramin Kərimli və Elgün Quliyevin İmişlinin Qaragüvəndikli kəndindəki məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.