Milli Azərbaycan Tarixi Muzeyinə Birinci Qarabağ müharibəsində şəhid olmuş Malik Səlimliyə məxsus materiallar daxil edilib.

Malik Səlimli 1973-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. 1990-cı ildə məktəbi bitirib, filoloq olmaq istəyirdi.

1992-ci ildə hərbi xidmətə yollanan vətənpərvər gənc  Qarabağda gedən döyüşlərdə iştirak edib, düşmənə qarşı mərdliklə vuruşub. 1992-ci ilin sentyabrında şəhidlik zirvəsinə ucalıb.

Onun döyüş yolundan bəhs edən gündəliyi əsgər yoldaşı tərəfindən tapılıb və ailəsinə təhvil verilib. Qobustan rayon Mədəniyyət Mərkəzi şəhid Malik Səlimlinin adını daşıyır.