Unudulmaz sənətkar, ustad tarzən, Xalq artisti Bəhram Mansurovun (1911-1985) anadan olmasının 110 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

Milli Arxiv İdarəsindən bildirilib ki, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi tərəfindən hazırlanmış virtual sərgidə görkəmli tarzənin şəxsi fondunda mühafizə edilən sənədlərdən istifadə olunub.

Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivində isə Bəhram Mansurovun yubileyi ilə bağlı videoxülasə hazırlanıb. Videoxülasədə arxivin fondlarında mühafizə edilən bir sıra fono və video sənədlərdən istifadə olunub, tarzənin müsahibələrinə yer verilib.