Erməni işğalından azad olunmuş bölgələrimizdə kitabxana fondlarının bərpası məqsədilə  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kampaniyaya müxtəlif təşkilatlar və ayrı-ayrı vətəndaşlar – yazarlar, elm, mədəniyyət, təhsil xadimləri qoşulmaqda davam edir.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi də bu aksiyaya qoşulub. Fakültənin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində nəşrlər Milli Kitabxanada bu məqsədlə yaradılan fonda təqdim olunub.

Fakültənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı Ali Baş Komandan İlham Əliyevin İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışaraq bildirib ki, 30 ilə yaxın davam edən işğal zamanı dağıdılmış mədəni abidələrimiz, kitabxanalarımız bərpa olunacaq, yenidən qurulacaq. Ə.Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi kampaniyanın əhəmiyyətini vurğulayaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin də böyük həvəslə bu nəcib işə töhfə verdiyini deyib.