Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı 29” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Xocalı faciəsi haqqında kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərgidə  diqqətə çatdırılır ki, 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələrinin Xocalıda həyata keçirdiyi soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və qırğın siyasətinin davamı və ən qanlı səhifəsidir.

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm