İstiqlal Muzeyində sərgi-tədbir

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Dönüş: sabaha qalmayan qisas” adlı sərgi-tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və heykəltəraş Güntay Hüseynli çıxış ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə tanınmış rəssam Vaqif Ucatayın (1955-2020) Azərbaycan xalqının qan yaddaşından, zaman-zaman yaşadığı soyqırımı və faciələrdən bəhs edən “Bax! Gör! Unutma!” başlığı altında 73 qrafika əsəri nümayiş etdirilir.

Sərgi martın 10-dək davam edəcək.