Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Xocalı fəryadı” ədəbi-bədii, musiqili kompozisiyasını hazırlayıb.

Soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (Azərbaycan dilində subtitrlə) hazırlanıb.

Layihədə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktrisa) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

“Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiyası Heydər Əliyev Sarayının sosial media hesablarında (“Facebook”, “İnstagram”, “Telegram”, “Youtube”) yerləşdirilib, kompozisiyanın telekanallarda yayımlanması nəzərdə tutulub.

“Xocalı fəryadı” kompozisiyasının videosu:

https://www.youtube.com/watch?v=VZRk8JmpQ2M